27.11.2018 10:45
2642

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 29-da keçiriləcək "Qarabağ" – "Sportinq" matçının haikmləri məlum olub. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Petr Ardeleanu olacaq. Ona Petr Blazey və Tomas Mokrusch kömək edəcəklər. Dördüncü hakim funsiyasını Jan Patak yerin yetirəcək. Əlavə köməkçi hakimlər isə Zbynek Proske və Emanuel Marek olacaq. Qeyd edək ki, oyun noyabrın 29-da saat 21:55-də Olimpiya Stadionunda keçiriləcək