
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XII turu
“Zirə” – “Sumqayıt” matçında “Zirə” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur .
“Keşlə” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur .
“Səbail” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Səbail” klubunun protokolda adı olmayan futbolçusu Elton Yaqublu hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
I Divizionun XI turu
“Şüvəlan” – “Turan Tovuz” matçının 65-ci dəqiqəsində “Turan Tovuz” klubunun 2 №-li futbolçusu Sənan Qocayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Sumqayıt-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur .
Oyunun 90+2-ci dəqiqəsində “Kəpəz” klubunun 22 №-li futbolçusu Ruzi Abdullayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Ağsu” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur .
“Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 69-cu dəqiqəsində “Zaqatala” klubunun 16 №-li futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Qarabağ-2” komandasının geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlanıb. Bu səbəbdən klub 240 manat cərimə olunur.
“MOİK” – “Neftçi-2” matçı başa çatdıqdan sonra klublar arasında qarşıdurma baş verdiyinə görə hər iki klub 240 manat cərimə olunur.