çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Messi: "Mən səviyyəmi yüksəltmək istəyirəm"

27.11.2018 18:38 Oxundu 2195

"Barselona"nın hücumçusu gələcək məqsədləri barədə danışıb.

- İndiyə qədər qazandıqlarımla fəxr etməyə vaxtım yoxdur. Mənim əsas məqsədim səviyyəmi yüksəltməkdir. Hər gün tərəqqi etmək, daha böyük uğurlar qazanıb, daha böyük titullar əldə etmək istəyirəm. Məğlub olmağı sevmirəm, qələbə üçün hər şeyə hazıram. Mən qoleador deyiləm, mən topla daha çox təmasda olan pleymeykerəm. Odur ki, tərəqqi etmək üçün çalışmalıyam.