
Çempionlar Liqasında "Mançester Yunayted"in "Yanq Boyz" üzərində qələbəsindən sonra komandanın baş məşqçisi Joze Mouriniyo maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, daha çox qrup mərhələsindən çıxmaqları barəsində danışan Mouriniyo: "David De Xeya dünyanın ən yaxşı qapıçısıdır. Qalib gələn bir komanda olmaq istəyirsinizsə, dünyanın ən yaxşı qapıçısı, və oyunçularına ehtiyacınız var. De Xeyanın klubda qalmağını istədiyimi özünə demişə. Çempionlar Liqasında iştirak etdiyim 14 mövsümüdə işlədiyim komandaların hamısının qrupdan çıxardıb növbəti mərhələyə yüksəltmişəm. Çempionlar Liqasında olmadığım mövsümdə isə Avroliqanın qalibi olmuşam. Qrupdan çıxmaq böyük uğur sayılmasa da ancaq uğurdur. Bizdən daha yaxşı kollektivlər olar bilər. Ancaq 1/4 finala qala bilsək hər şey bizim üçün yaxşı olacaq" deyib.