28.11.2018 12:09
2119

İtaliyanın "Milan" klubunun futbolçusu zədə səbəbindən mövsümü erkən başa vurub. Cempion.az xəbər verir ki, "Milan"ın yarımmüdafiəçisi Giacomo Bonaventura aldığı zədəndən sonra sol dizindən əməliyyat olunub. Həkimlər onun 8-9 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib. Qeyd edək ki, Bonaventura bu mövsüm Seria A-da "Milan"ın heyətində 8 oyunda 3 qola imza atıb.