28.11.2018 16:14
2324

"Lion"un prezidenti Jan-Mişel Olas Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Şaxtyor"la Xarkovda qarşılaşmaq istəmədiklərini bildirib.
"UEFA-dan Ukraynadakı vəziyyəti diqqətlə öyrənməyi xahiş etmişik. Düzü, Xarkova getmək istəmirik. Düşünürük ki, orada təhlükəsizliyimizə təminat yoxdur. Önümüzdəki günlərdə UEFA hər kəsin təhlükəsizliyinə zəmanət verən bir qərar qəbul edəcək. Harada keçirilməsindən asılı olmayaraq biz qələbə üçün oynayacağıq", - Frans Press agentliyi funksionerin sözlərini sitat gətirir.