çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Ölüm xəbəri yayılan futbolçu İspaniyada peyda oldu

28.11.2018 16:45 Oxundu 2302

İrlandiyanın "Bellibrek" klubu futbolçusu Fernando Nuno La-Funtenin öldüyü barədə Lenster futbol liqasına verdiyi xəbər səhv olub. Bu barədə "Teleqraf" agentliyi bildirib.

Klubdan liqaya verilən xəbərə, futbolçu cümə axşamı günü avtomobil qəzasında həlak olub və onun cəsədi vətəninə - İspaniyaya göndərilib. Futbolçunun ölümü ilə əlaqədar olaraq "Bellibrek"in "Erklou Taun"la növbəti oyunu təxirə salınıb, turun digər oyunları isə futbolçunun xatirəsinə "bir dəqiqəlik süküt"la başlayıb. Lenster liqasının rəhbərliyi "The Herald" qəzetində başsağlığı elanı verib və həmin elanda futbolçunun yaxınlarına "başınız sağ olsun" diləklərində bulunub.

Bir neçə gün sonra məlum olub ki, La-Funte sağ-salamatdır və "Erklou Taun"la oyundan əvvəl İspaniyaya gedib.

"Billebrek" klubunun mətbuat xidməti təsdiqlənməmış xəbər yaydığına görə liqa rəhbərliyindən, klubların sahiblərindən və futbolçulardan üzr istəyib və bildirib ki, futbolçunun ölümü barədə xəbərin yayılmasına məsul olan şəxs artıq işdən azad olunub.