cümə, 12 sentyabr 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: " Öz oyunumuzla azarkeşləri sevindirmək istəyirik "

28.11.2018 17:55 Oxundu 2366

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" sabah Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

"Öz oyunumuz və mübarizəmizlə sabah sizi və azarkeşləri sevindirmək istəyirik. “Sportinq”də baş məşqçi dəyişikliyi olub. Adətən bu cür hallarda komanda daha istəkli olur. Öz meydanınmızda oynadığımızdan daha fəal olmalıyıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".