28.11.2018 18:07
2057

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"in sabah Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyun ərəfəsində təşkil olunan mətbuat konfransında qapıçı Hannes Halldorsson oyun barədə fikirlərini bildirib.
- “Sportinq” böyük komandadır. Bizim üçün vacib oyundur. Qalib gəlsək, şanslarımızı saxlamış olacağıq. Bu möhtəşəm stadionda oynamaq bizim üçün hər zaman xoşdur. Qrupdan çıxa bilərik. Düşünürəm ki, hər şey mümkündür. Sabah qələbə qazansaq, irəliyə doğru böyük addım atmış olacağıq. İnanıram ki, biz bunu bacaracağıq”.