28.11.2018 18:18
2294

"Monako"nun forvardı Radamel Falkao, Çempionlar Liqasının qrup mərhələsinin "Atletiko" ilə oynayacaqları beşinci tur matçından gözlənilənlərini paylaşib.
- "Atletiko" stadionuna qayıtmaq xoşdur. Çempionatda qələbənin dalğasında uğur qazanmaq istəyirik. İnanıram ki, öz gücümüzə olan inamımızı artıracaq müsbət nəticə əldə edə bilərik, - deyə "Football Espana" Falkaonun sözlərini sitat gətirir.