çərşənbə, 16 iyul 2025

DÜNYA FUTBOLU

Dieqo Simeone "Qarabağ" haqqında danışıb

29.11.2018 10:45 Oxundu 2178

Çempionlar Liqasında "Atletiko Madrid"-"Monako" görüşündən sonra keçirilən mətbuat konfransında Atletikonun baş məşqçisi Dieqo Simeone maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, çıxışında ötən mövsüm Çempionlar Liqasında "Qarabağ"la keçirilən oyunlara toxunan Simeone: "Oyunun böyük bir hissəsi nəzarətimiz altında keçdi. Ancaq qarşılaşmanın sonlarına yaxın fiziki olaraq yaxşı çıxış edə bilmədik. Yorğunluğumuz həftə sonu "Barselona" ilə keçirdiyimiz oyuna görədir. Ötən mövsüm Çempionlar Liqasının bəzi oyunlarında necə qol vurmalı olduğumuzu bilmirdik. Həmin oyunlardan ikisini "Qarabağa"a qarşı keçirdik. Qol vurma problemi həll olunmursa komanda üçün hər çey çox çətin olur" deyib.(Report)