çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Yurgen Klop: "Əlimizdən gələni etdik ancaq istədiyimizi alınmadı"

29.11.2018 12:10 Oxundu 2436

Çempionlar Liqasında PSJ-yə məğlub olan "Liverpul"un baş məşqçisi Yurgen Klop oyun sonrası mətbuat konfransında maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, təcrübəli mütəxəssis Yurgen Klop: "Qarşılaşmanın əvvəli istədiyimiz kimi gedirdi. Rəqibimiz risk edərək oynadı və qol vurdu. Əlimizdən gələni etdik ancaq istədiyimizi alınmadı. İkinci hissə matçda fasilələr çox oldu. Buna baxmayaraq hakim hər şeyi düzgün etdiyini düşünürdü. İngiltərinin ən az qayda pozuntusu edən komandalarında biriyik. Bu gün isə PSJ-nin oyunçuları bizi kobud bir komanda kimi göstərməyə çalışdı və düşünürəm ki, alındı. Son oyunda mütləq qalib gəlməliyik. Doğma meydan amilindən və azarkeşlərin dəstəyindən yararlanmalıyıq" deyib.