29.11.2018 12:30
2312

Çempionlar Liqasında "İnter"lə oyundan sonra keçirilən mətbuat konfransında "Totenhem"in baş məşqçisi Mourisiyo Poçettino maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, "Barselona"ya qalib gələ biləcəklərini bildirən təcrübəli futbol mütəxəssisi: "Futbolda mümükün olmayan heç nə yoxdur. Heç vaxt "Barselona"nı səfərdə məğlub etmək olmaz ifadəsi düzgün deyil. Qələbə üçün sadəcə inam lazımdır. "Barselona" Avropanın ən yaxşı komandalarından biridir. Çox yaxşı oyunçuları var. Çətin qarşılaşma olacaq ancaq qalib gələ bilərik" deyib.