29.11.2018 12:50
2451

Təcrübəli futbolçu Robbi Kin karyerasını başa vurub. Cempion.az xəbər verir ki, bu barədə məlumatı İrlandiya mətbuatına bildirən 38 yaşlı futbolçu: "23 illik profesional futbolçu karyeramı rəsmi şəkildə sonlandırıram. Həyatımda yenibir mərhələ başlayır. Karyeram ərzində yanımda olan ailəmə və dostlarıma minnətdaram" deyib. Qeyd edək ki Robi Kin "Totenhem", "Lids Yunayted", "Liverpul", "Vest Hem", "Seltik", "İnter" kimi klubarın şərəfini qoruyub. O, son olaraq Hindistanın "Atletiko de Kolkata" komandasının üzvü olub.