29.11.2018 13:30
2378

"Proyssen”in hücumçusu və millimizin üzvü Rüfət Dadaşov Almaniya 3-cü liqasının son turunda “Braunşveiq”lə görüşdə sıradan çıxıb. Oyunun 70-ci dədiqəsində meydana çıxan 27 yaşlı forvardın əzələsində problem aşkarlanıb. Komandanın baş məşqçisi Marko Antverpen yerli mətbuata açıqlamasında Rüfətin bu il daha meydana çıxa bilməyəcəyini bildirib. Almaniya mətbuatı Rüfətin zədələnməsini son iki ayda çox oyun keçirməsi ilə əlaqələndirib. Dadaşovun oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisinin heyətində də iştirak etməsi onun əzələ yorğunluğuna səbəb olub.(qol.az)