çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Şakiri: "Əgər həyatımda nəyisə dəyişdirə bilsəydim, "İnter"ə getdiyim vaxtdı dəyişdirərdim"

29.11.2018 14:30 Oxundu 2268

"Liverpul"un isveçrəli futbolçusu Xerdan Şakiri İtaliya mətbuatına müsahibə verib. Cempion.az xəbər verir ki, bir zamanlar üzvü olduğu "İnter" haqqında danışan Şakiri: " "İnter"də olduğum vaxt Mançini ilə aramızda heç bir problem yox idi. Əgər həyatımda nəyisə dəyişdirə bilsəydim, "İnter"ə getdiyim vaxtdı dəyişdirərdim. Düşünürəm ki, doğru olmanay vaxtda "İnter"ə keçdim. Bu gün isə vəziyyət fərqlidi. "İnter" 3 il əvvəlki komandaya nisbətən daha çox inkişaf edib. Çempionluq yarışında iştirak edirlər. Ən yaxşı komandalarda həmişə ən yaxşı yerləri hədəfləməlisiniz. Bunun üçündə "Liverpul"u seçdim. Premyer Liqada və Çempionlar Liqasında çempionluq sevinci yaşamaq istəyirəm" deyib