
Çempionlar Liqasının 5-ci turunda "Napoli" "Srvena Zvezda"nı məğlub edərək qrup lideri olub. Cempion.az xəbər verir ki, "Napoli"nin təcrübəli baş məşqçisi Karlo Ançelotti oyundan sonra mətbuat konfransında maraqlı açıqlamalar verib. Son oyunun onlar üçün çox vacib olduğunu və riyazi hesablamalar aparmayacağını deyən Ançelotti: "Qrupdakı apardığımız mübarizəyə görə qrupun lideri olmaq bizə əlavə motivasiya verir. Məğlubiyyətimiz yoxdu hər oyun çox yaxşı oynadıq xüsusi ilə "Liverpul" matçında. Səfərdəki qarşılaşmada necə oynamaq lazım olduğunu bilirik, öz oyunumuz oynayıb uğurlu nəticə əldə edərək ümidimizi riyazi hesablamalara bağlamaq istəmirik. Əvvəldə dediyim kimi bu qrupdan çıxacaq komandaların adı son oyunda bilinəcək. Serbiyada PSJ məğlub ola bilər, onların qalib gələcəkləri dəqiq deyil" deyib.