çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Ronaldo, Messi, Neymar, və Levandovski üçün yadda qalan həftə

29.11.2018 16:10 Oxundu 2212

UEFA Çempionlar Liqasının 5-ci turu bir neçə vacib hadisələrlə futbol tarixinə düşüb. Cempion.az xəbər verir ki, "Yuventus"un "Valensiya"nı məğlub etdiyi oyun turinlirən portuqaliyalı ulduz futbolçusu üçün tarixi qələbə kimi karyerasının səhifələrinə əlavə olunub. Beləki Kriştiano Ronaldo Çempionlar Liqası tarixində 100-cü oyununda meydandan qələbə ilə ayrılan ilk futbolçu olub.
"Barselona"nın ulduz futbolçusu Leonel Messi PSV ilə qarşılaşmada vurduğu qolla bir komandanın heyətinə Çempionlar Liqasında ən çox fərqlənən ilk oyunçu kimi adını tarixə yazdıb. Messi Çempionlar Liqasında "Barselona"nın heyətində 106-cı qolunu vurub.
"Bayer Münhen"in "Benfika"nı məğlub etdiyi oyunda rəqib qapısına 2 dəfə yol tapa bilən Levandovski Çempionlar Liqasındakı qollarının sayını 51-ə çatdırıb. Bununlada təcrübəli hücumçu qitənin ən nüfuzlu klub turnirində 50 qol səddini keçən 7 -ci futbolçu kimi adını futbol tarixinə yazdırıb.
PSJ-nin Brazilyalı futbolçusu Neymar "Liverpul"un qapısından keçirdiyi qolla Çempionlar Liqasında ən çox qol vurmuş brazilyalı futbolçu olub