cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Ramil Quliyev: "2018-ci ildə 20-30 dəfə dopinq yoxlamasından keçmişəm"

29.11.2018 16:30 Oxundu 2236

Türkiyədə yaşayan və həmin ölkəni təmsil edən dünya və Avropa çempionu azərbaycanlı atlet Ramil Quliyev Türkiyə mətbuatına açıqlama verib. Cempion.az xəbər verir ki, ödənişli əsgərlik müddəti, dopinq yoxlamaları və gələcək planlarından danışan Ramil: "Əsgərliklə idman, deyə bilərəm ki, bir-birinə çox oxşayır. Hər ikisində də qaydalardan kənar heç nə edə bilmirsən. Ancaq buna baxmayaraq hərbi xidmət çox gözəldi, mənim üçün elə də çətin olmadı. Hal hazırda dopinqdən istifadə etmək mümkün deyil. İstifadə etsən belə karyeranla vidalaşmalı olursan. Bu mövzularda çox diqqəti olmaq lazımdı. 2018-ci ildə 20-30 dəfə dopinq yoxlamasından keçmişəm. Hər yarışda, məşqlər zamanı, hətda evdə belə dopinq yoxlamaları üçün testlər vermişəm. İki dəfə də hərbi hissədə dopinq yoxlanışından keçmişəm. Gələn il Avropa rekordunu qırmaq istəyirəm. 2018-ci ildə Avropa çempionu oldum ancaq rekordu qıra bilmədim. Çox məşq edirəm. 2019-cu ildə məqsədimə çatacağıma inanıram" deyib.