çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Roberto Karlos: "Mənə görə Neymar kimi bir futbolçuya dünyanın bütün klublarının ehtiyacı var"

29.11.2018 17:32 Oxundu 2088

Məşhur brazilyalı futbolçu Roberto Karlos jurnalistlərin suallarını cavablandırıb. Cempion.az xəbər verir ki, ilk olaraq həmyerlisi Neymar haqqında suala cavab verən Karlos: "Mənə görə Neymar kimi bir futbolçuya dünyanın bütün klublarının ehtiyacı var. Xüsusi istedadı olan mükəmməl bir futbolçudur və çox yaxın zamanda dünyanın ən yaxşısı olacaq. O istənilən klubda fərlilik yarda biləcək qabliyyətə malik bir oyunçudur" deyib. Karyeran ərzində qarşılaşdığın ən qabliyyətli futbolçu kimdir sualına isə Karlos: "Bu çox çətin bir sual oldu. Çünki karyeram boyunca çox möhtəşəm futbolçularla qarşılaşmışam. Ancaq seçim qarşısında qalsam Robiniyo, Ronaldinyo, Ronaldo və Zidanın adını qeyd edə bilərəm. Bu oyunçuların topula rəftarı zamanı mən həqiqətən dəhşətə gəlirdim" deyə cavab verib