çərşənbə axşamı, 15 iyul 2025

DÜNYA FUTBOLU

Kaka: "Milan"ın baş məşqçisi olacam"

29.11.2018 18:00 Oxundu 2430

Milanın əfsanəvi brazilyalı futbolçusu Kaka italiya mətbuatına açıqlamalar verib. Cempion.az xəbər verir ki, "Milan"ın baş məşqçisi olmaq istədiyini deyən təcrübəli futbolçu: "Bir gün "Milan"ın baş məşqçisi olacam ancaq nə zaman bunu bilmirəm. Hazırda digər lyihələrimə fikrimi cəmləşdirmişəm və bunun üçün uzun və yorucu səyahətlərim olur. "Milan"la çox yaxın əlaqələrim var. Bu komandaya qayıdacam. Çünki ən böyük məqsədlərimdən biri də budur" deyib.