30.11.2018 09:50
2391

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”lə oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırıb. Cempion.az xəbər verir ki, rəqibin oyununun yaxşı olduğunu qeyd edən Qurbanov: "Oyundan Razı qalmadım. Rəqib bütün komponentlərdə bizdən üstün idi. Avropa futbolu bundan da yuxarı səviyyədədir. Özümüzü aldtamaq lazım deyil, Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az da bəxtimiz gətirib. hər şeyə real baxmaq lazımdır. İnkişaf üçün sıfırdan başlamalıyıq. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır" deyib.