çərşənbə axşamı, 15 iyul 2025

BİZİM FUTBOL

Rəşad Sadıqov: "Komandada çatışmayan çox şey var"

30.11.2018 10:10 Oxundu 2099

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Sportinq"lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Cempion.az xəbər verir ki, oyundan narazı olan təcrübəli futbolçu: "Bu dəqiqə 100-cü oyun hayında deyiləm. Nəticəni gördükdə adam danışmaq istəmir. Rəqibin ustalıq səviyyəsi bizim təcürbəsizliyimiz bu hesabın olmasına şərait yaratdı.Qapımıza gələn hər zərbə qol oldu. Komandada çatışmayan çox şey var. İnanıram ki, transfer dönəmində bunlar düzələcək. "Qarabağ"a yaraşmayan şəkildə uduzduq" deyib.