cümə, 19 aprel 2024

BOKS

Zabit Səmədov Belarusda rinqə çıxır

02.12.2018 16:13 Oxundu 2033

Dekabrın 2-də Belarusun paytaxtı Minskdə peşəkarlar arasında "Axmat Fight Show" beynəlxalq kikboksinq qala turniri keçiriləcək. Həmin döyüşdə Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının baş məşqçisi Elşən Adbulrəhimovun rəhbərliyi altında federasiyanın yığma komandasının üzvü Elxan Əliyev 73 kq-da Almaniyalı Cihad Akiple, məşhur peşəkar kikboksçu Zabit Səmədov isə Rusiyalı Yevgeniy Orlovla döyüşəcək. Gecənin super fayt döyüşündə tanınmış kikboksçumuz Zabit Səmədovun döyüşü baş tutacaq. (modern.az)