cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Yurgen Klop qol sevincinə görə cəzalandırılıb

05.12.2018 10:10 Oxundu 2221

İngiltərə Futbol Federasiyası "Liverpul"un baş məşqçisi Yurgen Klopu cəzlandırıb. Cempion.az xəbər verir ki, federasiya təcrübəli baş məşqçini "Everton"la görüşdə qaydaları pozduğu üçün 8 min fund sterlinq cərimələyib. Qeyd edək ki, Klop oyunun 96-cı dəqiqəsində Divock Originin qələbə qolundan sonra meydançaya girərək qələbə sevinci yaşamışdı. Oyundan sonra etdiyi hərəkətə görə Yurgen Klop üzr istəsə də. bu davranışı onu cəzadan xilas etməyib.