çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

UEFA "Qarabağ”ın hesabına pul köçürdü

06.12.2018 16:15 Oxundu 2118

UEFA-nın 2017/2018 mövsümündə Çempionlar Liqasında iştirakçısı kimi “Qarabağ”a ayırdığı vəsait klubun hesabına köçürülüb.

Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 981 min avro vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”a verilib.

Qeyd edək ki, UEFA 2017/2018 mövsümündə ÇL-in pley-off və qrup mərhələsində çıxışına görə “Qarabağ”a 16 milyon 819 min avro mükafat ayırıb.