cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Qadınlar final qarşılaşmasının qalibi oldu ancaq pul mükafatı kişilərdən ibarət komandanın hesabına köçürüldü

06.12.2018 16:45 Oxundu 2161

Qadınlar arasında keçirilən Libertadores kubokunun final qarşılaşmasından sonra maraqlı hadisə yaşanıb. Cempion.az xəbər verir ki, "Atletiko Huila" və "Santos" arasında keçirilən final qarşılaşmasının qalibi "Atletiko Huila" komandası olub. Ancaq çempionluqadan əldə edilmiş 55 min dollarlıq mükafat "Atletiko Huila"nın kişilərdən ibarət komandasının hesbına köçürülüb. Qadın futbolçular bu davranışa görə sərt şəkildə etiraz etsələr də dəyişən heç nə olmayıb.