çərşənbə axşamı, 07 may 2024

DÜNYA FUTBOLU

Meneceri Mouriniyonun "Mançester Yunayted"dəki gələcəyindən danışıb

08.12.2018 10:53 Oxundu 1867

Joze Mouriniyonun "Mançester Yunayted"dəki gələcəyinə aydınlıq gəlib. Cempion.az xəbər verir ki, təcrübəli mütəxəssisin meneceri Jorge Mendes uğursuz nəticələrdən sonra komandadan ayrılacağına aid məlumatların əsassız olduğunu bildirib. Jorge Mendes: "Mouriniyo "Mançester Yunayted"də çox xoşbəxtdir. Komanda rəhbəriliyi də Jozenin işindən çox məmnundur. "Mançester Yunayte"in yeni möhtəşəm layihələri var. Rəhbərlik layihələrin hamısıda Mouriniyonun olacağını bildirib" deyib