çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

"Bu dəfə təşvişə düşmədik"

15.07.2016 10:28 Oxundu 1957

"Neftçi” PFK-nın futbolçuları "Şkendiya” klubu ilə Avropa Liqasının ikinci təsnifat mərhələsi oyunundan sonra fikirlərini bildiriblər.Araz Abdullayev: "Vacib olan nəticə qazanmaq idi. Çox istəyirdik ki, qol vuraq. Amma cavab oyununda bir qol bizi növbəti mərhələyə çıxara bilər”. Krşevan Santini: "Yaxşı oynadıq. Bu dəfə təşvişə düşmədik. Biz Azərbaycanın ən köklü klubunun şərəfini qoruyuruq, ona görə də azarkeşlərin hər oyunda qələbə arzusu başadüşüləndi”. Vançe Şıkov: "Rəqibə boşluq verməməliyik. Komandaların şanslarını 50/50-yə hesab edirəm”. Jairo: "Rəqibin meydanında daha yaxşı nəticə qazanmaq lazımdır. Bu gün qol vurmaq istəsək də, alınmadı”.