şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

“Sumqayıt”ın statistikası

12.12.2018 15:58 Oxundu 1851

Topaz Premyer Liqasında 2018/19 mövsümündə ilk iki dövrə arxada qalıb və komandalar qış fasiləsinə yollanıb. “Sumqayıt” Futbol Klubu 15 xal toplamaqla fasiləyə 6-cı pillədə yollanıb. Qeyd edək ki, klubu ilk 11 turda Nazim Süleymanov çalışdırıb. 12-ci turdan isə komanda Ayxan Abbasova həvalə edilib. "Sumqayıt" FK arxada qalan 14 qarşılaşmada 4 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 13 qol vurub və qapısından 20 top buraxıb.

14 turda əsas komandada ümumilikdə 24 futbolçu çıxış edib. Bu futbolçulardan yalnız 5-i ilk iki dövrənin bütün görüşlərində meydanda olub. Bunlar Aleksey İsayev (14 oyun, 1253 dəq.), Bəxtiyar Həsənalızadə (14 oyun, 1185 dəq.), Cavid Tağıyev (14 oyun, 1097 dəq.), Əli Babayev (14 oyun, 1239 dəq.) və Arif Daşdəmirovdur (14 oyun, 1011 dəq).

Komandanın ən çox qol vuran futbolçusu Şəhriyar Əliyevdir. 25 yaşlı mərkəz müdafiəçisi meydanda olduğu 12 qarşılaşmada (1073 dəq.) 3 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. Əfran İsmayılov (12 oyun, 903 dəq.) və Atilla Yıldırım (12 oyun, 962 dəq.) hərəyə 2 top vurublar.

Futbolçuların göstəriciləri:

Aleksey İsayev – 14 oyun (1253 dəqiqə)

Əli Babayev – 14 (1239)

Bəxtiyar Həsənalızadə - 14 (1185)

Cavid Tağıyev – 14 (1097)

Arif Daşdəmirov – 14 (1011)

Mehdi Cənnətov – 13 (1099)

Yusif Nəbiyev – 13 (1009)

Şəhriyar Əliyev – 12 (1073)

Atilla Yıldırım – 12 (962)

Əfran İsmayılov – 12 (903)

Rail Məlikov – 12 (809)

Vurğun Hüseynov – 9 (533)

Nicat Qurbanov – 9 (281)

Xəyal Nəcəfov – 6 (246)

Ülvi İsgəndərov – 6 (121)

Süleyman Əhmədov – 5 (316)

Elvin Məmmədov – 5 (247)

Murad Xaçayev – 3 (55)

Orxan Sadıqlı – 2 (157)

Qvanzav Maqomedov – 2 (60)

Turan Manafov – 1 (63)

Vurulan qollar: Şəhriyar Əliyev (3), Atilla Yıldırım (2), Əfran İsmayılov (2), Elvin Məmmədov, Nicat Qurbanov, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Cavid Tağıyev.

Buraxılan toplar: Mehdi Cənnətov 13 oyun / 16 top, Orxan Sadıqlı 2 oyun / 4 top.

Mənbə: http://sumqayitpfc.az