bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona"ya məxsus futbolçu "Totenhem"in hədəfində

14.12.2018 15:58 Oxundu 2039

"Everton"da icarə əsasında çıxış edən "Barselona"ya məxsus Andre Qomez İngiltərədə qala bilər. Cempion.az xəbər verir ki, "Everton"da göstərdiyi baxımlı oyun ilə diqqətləri üzərinə çəkən futbolçu üçün "Totenhem" klubu "Barselona"ya rəsmi təklif göndərib. "Everton" da oyunçunun sərbəstqalma dəyərini ödəyərək Qomezi komandada saxlamaq istəyir. Təcrübəli yarımmüdafiəçinin hansı komandada çıxış edəcəyinə isə mövsümün sonunda özünün qərar verəcəyi bildirilir. Qeyd edək ki, Andre Qomez 2006-cı ildə "Valensiya"dan "Barselona"ya 37 milyon avroya transfer olub