1381
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Hər üç təmsilçimiz - "Qəbələ", "Neftçi" və "Kəpəz" səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, klublarımız ilk iki təsnifat mərhələsi ilə müqayisədə daha güclü komandalara rəqib olacaq.
Potensial rəqiblər sırasında "AZ Alkmaar", "Lill", "Sent-Etyen", Rapid", "Vest Hem", "Herta" və "Spartak" kimi komandalar var. Lakin buna qədər hər üç klubumuz II təsnifat mərhələsini uğurla adlamalıdır.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək.
3-cü qrup
"Qəbələ"nin potensial rəqibləri
1. "Lill" (Fransa)
2. "Maribor" (Sloveniya) / "Levski" (Bolqarıstan) cütünün qalibi
3. "Austriya" (Avstriya) / "Kukesi" (Albaniya) cütünün qalibi
4. "Panatinaikos" (Yunanıstan)
5. "Nomme Kalyu" (Estoniya) cütünün qalibi / "Makabi" (Hayfa)
6. "Hayduk" (Xorvatiya) / "İaşi" (Rumıniya) cütünün qalibi
4-cü qrup
"Neftçi"nin potensial rəqibləri
1. "Genk" (Belçika) / "Buduçnost" (Çernoqoriya)
2. "Rapid" (Avstriya)
3. "Herta" (Almaniya)
4. "Rieka" (Xorvatiya)
5. "Aruça" (Portuqaliya)
6. "Mlada Boleslav" (Çexiya)
5-ci qrup
"Kəpəz"in potensial rəqibləri
1. "Gent" (Belçika)
2. "Slovan" (Çexiya)
3. "Vest Hem" (İngiltərə)
4. "Mitdyulland" (Danimarka) / "Vaduts" (Lixtenşteyn)
5. HİK (Finlandiya) / "Beroe" (Bolqarıstan)
6. "Apollon" (Kipr)