bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

Ronaldo komandasına qələbə qazandırdı

16.12.2018 10:18 Oxundu 2170

İtaliya A seriyasında 16-cı tura start verilib.

Lider “Yuventus” səfərdə “Torino”nu 1:0 hesabı ilə məğlub edib.

Matçda yeganə qolu 70-ci dəqiqədə Ronaldo penaltidən vurub.

Turin təmsilçisi bu qələbə sayəsində xalını 45-ə yüksəldib və hazırda ən yaxın rəqibi “Napoli”ni 11 xal qabaqlayır.(qafqazinfo)