19.12.2018 09:36
2295

Almaniya Bundesliqasında 16-cı tura start verilib. İlk oyun gününün maraqlı qarşılaşmalarından biri "Fortuna Düsledorf"la turnir cədvəlinin lideri "Borussiya Dortmund" arasında olub. Cempion.az xəbər verir ki, görüş 2-1 meydan sahibləri "Fortuna Düseldorf" komandasının xeyrinə başa çatıb. Oyunda qolları "Fortuna Düseldorf"dan Dodi Lukebakio və Cin Zimmer "Borussiya Dortmund"dan isə Pako Alkaser vurub. Bu məğlubiyyət "Borussiya Dortmund"un Bundesliqada 2018-2019-cu il mövsümündə ilk məğlubiyyəti olub.