bazar, 06 iyul 2025

BİZİM FUTBOL

Reynaldo: "Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm"

19.12.2018 10:27 Oxundu 2495


"Qarabağ" komandası keçmiş futbolçusu Reynaldonu yenidən heyətinə cəlb edib. Cempion.az xəbər verir ki, imza mərasimindən sonra futbolçu klubun saytına keçidlə bağlı öz fikirlərini bildirib. Reynaldo deyib: "Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".