bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

Qvardiola: "Hər zaman Mouriniyonun yanındayam"

19.12.2018 11:17 Oxundu 2342

"Mançester Siti"nin ispaniyalı təcrübəli baş məşqçisi Pep Qvardiola Joze Mouriniyo haqqında danışıb. Cempion.az xəbər verir ki, Mouriniyonun təcrübəli baş məşqçi olduğunu bildirən Qvardiola: "Yaxın vaxtlarda güclü bir şəkildə yenidən geri qayıdacaqdır. Təkrar rəqib olacağımızı bilirəm. Bütün baş məşqçilər təkdir. Bizimlə uğurlar qazanaq deyə müqavilə imzalayırlar. Əks halda olanları hər birimiz bilirik. Mouriniyonun nələr hiss etdiyini yaxşı bilirəm. Hər zaman onun yanındayam" deyib.