19.12.2018 12:57
2326

Hücum xəttində problemlər yaşayan Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçu qatıb. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cimbom" "Şanxay Şenxua"nın məşhur seneqallı oyunçusu Demba Ba ilə hər mövzuda razılıq əldə edib. Təcrübəli hücumçu mövsümün sonuna qədər icarə əsasında "Qalatasaray"da çıxış edəcək. Qeyd edək ki, Demba Ba Türkiyədə "Beşiktaş" və "Göztepe" klublarının heyətində çıxış edib.