bazar ertəsi, 14 iyul 2025

BİZİM FUTBOL

UEFA-dan "Qarabağ"a pul cəzası

19.12.2018 13:22 Oxundu 2017

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında baş verənlərlə bağlı qərarını açıqlayıb. Görüşdən sonra açılmış intizam işi əsasında hər iki kluba 20 min avro cərimə kəsilib. Səbəb oyun zamanı həm "Vorskla", həm də "Qarabağ" azarkeşlərinin fişənglər yandıraraq, meydana atmaları olub. Qeyd edək ki, noyabrın 8-də "Qarabağ"la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. (report.az)