19.12.2018 15:48
2470

İngiltərə Premyer Liqasının 14-cü turunun "Arsenal" - "Tottenhem" oyununda meydana banan qabığı atan tamaşaçıya cəza verilib. Cempion.az xəbər verir ki, məhkəmənin qərarına əsasən Averof Pantelli adlı azarkeşin 4 il futbol oyunlarına və ömürlük "Tottenhem"in oyunlarına getməyi qadağan olunub. Bundan əlavə Pantelliyə 635 fund sterlinq pul cəzası verilib. Qeyd edək ki, adı çəkilən şəxs "Arsenal"ın "Tottenhem"i 4-2 məğlub etdiyi oyunda "topçuların" qabonlu futbolçusu Pier Emenik Obemeyanqın qol sevinci zamanı meydana banan qabığı ataraq irkçilik edib.