bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted" yeni mövsümdə baş məşçisini dəyişə bilər - İDDİA

19.12.2018 17:06 Oxundu 2176

Müvəqqəti olaraq Ole-Qunnar Sulşeri baş məşqçi vəzifisinə gətirən "Mançester Yunayted"in mövsümün sonunda komandaya yeni çalışdırıcı təyin edəcəyi bildirilib. Cempion.az xəbər verir ki, komanda rəhbərliyi 2019-cu ilin iyun ayında "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino ilə uzun müddətli müqavilə imzalayacağı iddia edilir. Təcrübəli argentinalı mütəxəssin də "qırmızı şeytanlara" keçmək istədiyi deyilir.