20.12.2018 10:02
2183

Klublararası dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. Cempion.az xəbər verir ki, ikinci yarımfinal görüşündə "Real Madrid" və "Kaşima" komandaları üz-üzə gəlib. Oyun Madrid təmsilçilərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. "Real Madrid" dən hər 3 qolu Qaret Beyl vurub. "Kaşima"nın təsəlli qolunun müəllifi isə Dol olub. Qeyd edək ki, ilk yarımfinal görüşündə "Əl Əyn" komandası "River Pleyt"i məğlub edərək adını finala yazdırmışdır.