
"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya mətbuatına açıqlamalar verib. Cempion.az xəbər verir ki, 1/8 final mərhələsindəki komandalardan danışan Klopp: "Doğrusunu desəm Çempionlar Liqasında "Yuventus" və "Borussia Dortmund"la qarşılaşmaq istəməzdim. "Borussia Dortmund"la oynamağımızın hələ tez olduğunu düşünürəm. "Yuventus" isə məncə Çempionlar Liqasının favoritidir. Futbolçularının təcrübəsi və yaşı çox olduğu üçün bu şansı son şans kimi dəyərləndirirlər. Bu mövsüm "Yuventus"a qalib gəlmək olduqca çətin olacaq. Başqa komandalarla bağlı isə heç bir problem yoxdu. "Bayer Münhen"lə oyunda növbəti mərhələyə çıxmağa şansımızın olduğunu deyə bilərəm. Bir neçə il əvvəl olsaydı şansımız yoxdu deyə bilərdik. Çox maraqlı və gözəl oyun olacaq" deyib