20.12.2018 12:08
2125
2125
.jpg)
İtaliyanın "Roma" klubu heyətinə yeni futbolçu qatmaq istəyir. Cempion.az xəbər verir ki, "Roma"nın qış transfer pəncərəsindəki ilk hədəfi "Valensiya"da çıxış edən "Çelsi"yə məxsus Mişi Batşuayidir. Təcrübəli belçikalı hücumçu ilə artıq danışıqların başladığı bildirilir. Batşuayi ilə razılıq əldə olunarsa o, mövsümün ikinci yarısından "Roma"nın uğurları üçün çalışacaq.