bazar ertəsi, 14 iyul 2025

BİZİM FUTBOL

Futbolçumuz əməliyyat olunub

20.12.2018 19:47 Oxundu 2246

Azərbaycan milli komandasının və "Neftçi" klubunun futbolçusu Emin Mahmudov əməliyyat olunub.

Cempion.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub. Bunun üçün də cərrahi müdaxiləyə ehtiyac duyulub.

Almaniyanın Münhen şəhərindəki "Munich Airport Clinic GmbH”də baş tutan əməliyyat uğurlu keçib.

Qeyd edək ki, həkimlərin rəyinə görə, Emin Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq.