22.12.2018 13:25
1918

Qazaxıstanın "Astana" klubunun və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Qarabağ"a qayıdacağı barədə yayılan məlumatlara münasibət bildirib.
29 yaşlı yarımmüdafiəçi "Sports.kz" saytına açıqlamasında deyib ki, bu barədə heç bir məlumata malik deyil.
O, klubu "Astana" ilə müqaviləsinin davam etdiyini vurğulayıb. R.Almeyda bildirib ki, hazırda vətəni Braziliyada istirahət edir.
Qeyd edək ki, R.Almeyda yayda "Astana"ya keçib. Son günlər onun yenidən "Qarabağ" klubuna qayıdacağı ilə bağlı xəbərlər yayılıb. (Report)