22.12.2018 15:09
2061
2061

İtaliyanın "İnter" klubu İngiltərə "Arsenal"ının futbolçusu Aron Remzini heyətinə qatıb.
Milan təmsilçisi 27 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib.
Uels milli komandasının da şərəfini qoruyan oyunçu yayda azad agent kimi "İnter"ə keçəcək.
Qeyd edək ki, Aron Remzinin "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatır. O, London təmsilçisi ilə yeni müqavilə imzalamağa razılaşmayıb. (Report)