bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

Gənc futbolçu adını "Qalatasaray"ın tarixinə yazdırıb

24.12.2018 09:39 Oxundu 544

Türkiyə Super Liqasının 17-ci turu çərçivəsində keçirilən "Qalatasaray" - "Sivasspor" oyununda tarixi an yaşanıb. Cempion.az xəbər verir ki, qarşılaşmanın sonlarından Fequlinin yerinə oyuna girən "Cimbom"un 16 yaşlı futolçusu Mustafa Kapı "Qalatasaray"ın tarixinə keçib. 2002-ci il təvəllüdlü fotbolçu "sarı-qırmızılı" klubun heyətində Türkiyə Super Liqasında çıxış edən ən gənc futbolçu olub. Qeyd edək ki, "Qalatasaray"-"Sivasspor" matçında evə sahibi "Qalatasaray" 4-2 hesablı qələbə qazanıb