bazar ertəsi, 14 iyul 2025

DÜNYA FUTBOLU

Frank De Burun yeni komandası məlum oldu

24.12.2018 10:25 Oxundu 404

MLS klublarından olan "Atlanta Yunayted" komandasına yeni baş məşqçi təyin olunub. Cempion.az xəbər verir ki, klub rəhbərliyi hollandiyalı baş məşqçi Frank De Bur ilə müqavilə imzalayıb. Frank De Bur məşqçi kimi "Ayaks", "İnter" və "Kristal Palas" klublarının sükanı arxasında olub. Qeyd edək ki, Frank De Bur  karyerası ərzində "Ayaks", "Barselona" və "Qalatasaray" kimi dünya şöhrətli  klubların şərəfini qoruyub.