25.12.2018 17:32
436


"Mançetser Yunayted"in təcrübəli futbolçusu Nemanya Matiç İngiltərə mətbuatına maraqlı açıqlama verib. Cempion.az xəbər verir ki, Premyer Liqadakı keçirdikləri son matçdan danışan Matiç: "Mən hər zaman deyirəm biz, oyunçular daha çox məsuliyyətli olmalıyıq. Hər uğursuzluqda gühanı bir nəfərdə axtarmaq düzgün davranış deyil. Nəticələrdə əldə olunan müvəffəqiyyət və ya uğursuzluq bütün kollektivin göstəricisidir. "Kardif siti" siti ilə oyunda nə dəyişdi mən də bilmirəm. Əslində heç kim bu vəziyyətin necə olduğunu deyə bilməz. Ancaq geridə qalan bütün oyunları bu cür istəkli və döyüşkən oynayaraq qalib gəlməliyik" deyib.