25.12.2018 17:54
505


"Napoli"nin ulduz futbolçusu Marek Hamşik İtaliya mətbuatına maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, komandanın hazırki vəziyyətini dəyərləndirən Hamşik: "Xeyli müddətdir "Napoli"də çıxış edirəm. Bu kluba ifadə edə bilməyəcəyim hislərlə bağlıyam. Ancaq bunlara baxmayaraq "Napoli"nin qəhrəmanı ola bilmərəm. Bu komandada kim çıxış edir etsin hər zaman bir nömrə Maradona olacaq. Onun oynadığı komandanın futbolçusu olduğum üçün qürur duyuram.
Sarri ilə Ançelotti arasında müsbət mənada bir çox fərq var. Sarri ilə çox möhtəşəm oyun sərgiləyirdik. Avropada özümüzdən söz etdirə bildik. Baş məşqçi dəyişikliyindən sonra da oyunumuzda heç bir fərq olmadı və yaxşı bir dəyişiklik oldu. Yenə uğurlu nəticələr əldə edirik və hücum futbolu oynayırıq" deyib